İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Ansu Fati qış “transfer pəncərəsi”ndə komandadan ayrıla bilər.
Viral.az “Sport.es”ə istinadən xəbər verir ki, kataloniyalılar ispaniyalı futbolçu üçün icarə təkliflərini nəzərdən keçirməyə hazırlaşır.
Baş məşqçi Hans-Diter Flik 21 yaşlı oyunçunun xidmətlərindən yararlanmaq istəsə də, onun mövsümün əvvəlində zədələnməsi və məşqlərdən kənarda qalması planları dəyişib.
Son Yazılar:
- ABŞ dövlət borcu AÇIQLANDI
- Rusiya Tramp dönəmi üçün ABŞ-yə yeni səfir GÖNDƏRİR
- Borrel bu ölkəyə getdi və İsrailə təzyiqə çağırdı
Qeyd edək ki, Fati ötən mövsümün böyük hissəsini icarə əsasında İngiltərənin “Brayton” klubunda keçirib. O, Premyer Liqada 19 matçda 2 qol vurub.