Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən 1989-cu il təvəllüdlü Tural Səlimov saxlanılıb.
Araşdırma zamanı onun Binə qəsəbəsində ümumilikdə 7 evdən pul və qızıl oğurladığı müəyyən edilib. T.Səlimov oğurladığı qızılları Nəsimi rayonunda yerləşən mağazalardan birinə satıb.
Son Yazılar:
- Azərbaycanda bu insanlar İŞSİZ qalacaq – VİDEO
- İspaniya millisinin və “Barselona”nın futbolçusu “Golden Boy” mükafatını QAZANDI
- Tokayev və Putin ikitərəfli münasibətlərin bütün spektrini müzakirə ETDİ
Saxlanılan şəxsin evlərdən ümumilikdə 27 min manata yaxın pul və qızıl oğurladığı müəyyən olunub.