Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, onun baş nazir postuna siyasi keçmişi olmayan namizədi var.
Viral.az xəbər verir ki, bu barədə Zurabişvili “Pirveli” telekanalına müsahibəsində deyib.
Zurabişvili baş nazirliyə namizədin adını açıqlamayıb, lakin qeyd edib ki, o, seçdiyi namizədi müxalifət partiyaları ilə müzakirə edəcək, onların nümayəndələri ilə görüşlər bazar ertəsi başlayacaq.
Son Yazılar:
- Hökumətin yekun tərkibi ilə bağlı Makron və Bayru arasında fikir ayrılıqları yarandı
- Tramp Putinlə görüş keçirmək fürsətini gözlədiyini BİLDİRDİ
- Lavrov misirli həmkarı ilə Suriyanı müzakirə ETDİ
Ölkənin baş naziri olmağa hazırdırmı, bu barədə düşünübmü sualına Zurabişvili belə cavab verib:
“Düşüncəm barədə burda cavab verməyəcəyəm. Mənim çox yaxşı namizədim var.Əvvəlcə bir nəzər salaq!
Həyatda heç nəyi istisna etmək olmaz, bu illər ərzində öyrəndiyim çətin dərsdir. Hesab edirəm ki, bu gün biz düzgün yoldayıq və bu yolla gedəcəyik”.