Avroviziya qalibimiz Nigar Camal müğənni Şəbnəm Tovuzlunun duet təklifinə cavab verib.
Viral.az xəbər verir ki, bu barədə sənətçi ARB TV-də yayımlanan “Pərvizə görə” proqramında danışıb. O, Tovuzlunun duet təklifini rədd edib:
“Belə bir təklifi gözləmirdim. Onunla tanış olmamışam. Eşitmişəm ki, yaxşı insandır. Amma biz çox fərqli müğənnilərik, fərqli dünyalarımız var. Düşünürəm ki, duet bizdə heç vaxt alınmaz. Məsələn, Aygün Bəylərlə də fərqli müğənniyik. Lakin Aygün başqa məsələdir. Həm onun xətrini də çox istəyirdim. Şəbnəm Vəfa Şərifova ilə duet oxusa, maraqlı olar”.
Son Yazılar:
- Putin Pezeşkianla bu ölkədə GÖRÜŞƏCƏK
- Putin oktyabrın 11-də Türkmənistana səfər EDƏCƏK
- Azərbaycan bütün MDB ölkələri ilə ədalətli dialoq aparmağa çalışır
Qeyd edək ki, Şəbnəm bir müddət öncə “Rəngarəng səhər” verilşində Nigarla duet oxumaq istədiyini demişdi (Sfera.az).