ABŞ-nin vitse-prezidenti və ən yüksək hökumət postuna demokrat namizəd Kamala Harris seçkilərdə qalib gəlsə, Kiyevdən olan nümayəndələrin iştirakı olmadan Rusiya dövlət başçısı Vladimir Putinlə görüşdə Ukraynadakı münaqişənin həllini müzakirə etməyəcək.
Viral.az xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində açıqlayıb.
“Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə görüşərsinizmi” sualına o, belə cavab verib: “Ukraynasız ikitərəfli əsasda yox. Kiyev ölkənin gələcəyi ilə bağlı öz sözünü deməlidir”.
Son Yazılar:
- Polis Bakıda qanunsuz yaşayan 40 nəfəri saxladı
- İTV bu kateqoriyalı məzmuna görə məhkəməyə verildi
- Afaq Gəncəlinin yeni iş yeri məlum OLDU
Beynəlxalq münasibətlərə gəlincə xanım diplomat bildirib ki, İran dünyanın bütün ölkələri arasında ABŞ-ın əsas düşmənidir: “İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”.
ABŞ-ın vitse-prezidenti qeyd edib ki, Vaşinqton “Vahid Çin” siyasətinə əməl etməlidir: “Lakin bura Tayvanın özünümüdafiə imkanlarının dəstəklənməsi, o cümlədən Tayvan boğazında azadlığı təmin etmək üçün nə etməli olduğumuz daxildir. Biz Çinlə, xüsusən də hərbi əlaqələri açıq saxlamalıyıq”.