“Bu, 30 ildən sonra ən böyük ikinci sevincim oldu. Bir də Şuşa azad olunanda belə sevinmişdim. Şükür bu günə”.
Viral.az AzərTac-a istinadla xəbər verir ki, bu sözləri bu gün Şuşa şəhərinə qayıdan sakin Gültəkin Babayeva söyləyib.
“İndiyə kimi Yasamal rayonunda məcburi köçkünlər üçün ayrılmış binada yaşamışam. Hər nə qədər şəraitimiz yaxşı olsa da, yurddan ayrı düşmək bizi yorurdu, məyus edirdi.”,- deyən G.Babayeva şəhidlərə rəhmət, qazilərə cansağlığı arzu edib.