Sarkisyanın qardaşının əmlaklarının müsadirəsi tələb OLUNDU

Ermənistanın Baş Prokurorluğu məhkəmədən ölkənin keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus əmlakların müsadirəsini tələb edir.

Viral.az yerli mediaya istinadla xəbər verir ki, məhkəməyə bu barədə rəsmi müraciət olunub.

Müsadirə olunmalı olan aktivlərin arasında 14 daşınmaz əmlak, 8 nəqliyyat vasitəsi, 5 şirkətdə iştirak payı və 13 milyon dollar məbləğində vəsait var.

Son Yazılar:

Sözügedən şəxs və oğanları 2018-ci ildən hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb və onların fəaliyyəti ilə bağlı araşdırma başlanılıb. Aleksandr Sarkisyan 2021-ci ildə barəsində başlanmış cinayət işi üzrə dövlətə 7 milyon dollar vəsait ödəyib.

Qeyd edək ki, o, həmçinin müxtəlif dövlət müəssisələrinin payını qanunsuz olaraq əldə etməkdə və onların gəlirinin 50 fazini mənimsəməkdə təqsirləndirilir.