Hər gün qadınlar, öz evlərində, ailələrinin yanında belə, təhlükəsizlik hissindən məhrum yaşamağa məcbur qalırlar. Statistikalara nəzər salanda dəhşətli bir həqiqətlə üzləşirik: hər il dünyada 87,000 qadın zorakılıq nəticəsində həyatını itirir və bunların yarısı ailə üzvləri tərəfindən qətlə yetirilir. Bəzən rəqəmlər çox şey demir, amma unutmayaq: Hər öldürülən qadın, bir ananın susmuş laylasıdır. Bir qadın öldüyü an, təkcə bir can getmir — bir ana laylası susur, bir körpənin gələcəyi qaralır.
Həqiqətlər göz önündədir…
Yaxın keçmişə nəzər salsaq, bu dəhşətli faktın nə qədər real olduğunu görərik. 2023-cü ilin iyununda 1993-cü il təvəllüdlü Fərid Hüseynli, 20 yaşlı həyat yoldaşı Leyla Hüseynlini və onların 8 aylıq körpəsini kəsici-deşici alətlə qətlə yetirdi. Daha sonra özünə xəsarət yetirsə də, sağ qaldı. Bu dəhşətli hadisənin ardından həmin şəxs ömürlük həbs cəzasına məhkum edilsə də, bu hökm nə ananı geri gətirir, nə də ki körpəni…
Son Yazılar:
- Azərbaycan Dəmir Yolları: Əməyin mühafizəsi və ətraf mühitin qorunmasında yeni yanaşmalar
- “Ukrayna dairəsi”nin yeni layihəsi hazırlandı
- Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq: Detallar AÇIQLANDI
Bu cür faciələr dünyanın hər yerində baş verir. Amma gəlin, ayrı-ayrı ölkələrə baxaq və görək, qadınlar harada daha çox təhlükə ilə üzləşirlər.
Viral.az mövzu ilə bağlı videonu təqdim edir: