“Bacımın yoldaşı 38 yaşında xərçəng xəstəliyindən həyatını itirdi. Bu hadisədən 10 gün sonra iki qaraçı – ata və qızı gəlib bacımın qayınanasına deyib ki, pul verməlisən mən gedib qurban alım kəsim, yoxsa nəvələrin də öləcək. O, 500 manatı ananın hazırkı vəziyyətindən istifadə edərək alıb”.
Viral.az xəbər verir ki, bunu jurnalist Asim Cəlilov feysbuk hesabında yazıb.
“Daha sonra onun otaqda olmamasından istifadə edərək bacıma deyib ki, sən də qızıl verməsən, uşaqların da öləcək. Bacımdan da qızıl alıb çıxıb gedib. 1500 manat dəyərində ailəyə ziyan vurub”, – A.Cəlilov qeyd edib.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağın bakterial tərkibinə necə təsir etdiyini müəyyən ediblər
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Şikayətçi bildirib ki, ailə onkoloji xəstənin müalicəsi üçün böyük maddi sıxıntı keçirib. O, dələduzluqda ittiham etdiyi şəxslərin daha əvvəl də oxşar əməllər törətdiyini deyib: “Xərçəng xəstəsi olan insan üçün nə qədər maliyyə xərcləndiyini isə daha qeyd etmirəm. Yəqin hamı bunu bilir. Eyni zamanda öyrəndim ki, bu ata və qızının ilk işi də deyil”.
A.Cəlilov hadisə ilə bağlı sentyabr 27-də polisə şikayət edildiyini deyib: “Lakin bir xəbər yoxdur. Həyətdə olan təhlükəsizlik kamerasında adamların üzləri də düşüb, fotolar polisə də təqdim edilib. Hadisədən 12 gün keçməsinə, adamların fotolarının və videolarının olmasına baxmayaraq bu iki adam hələ də tapılmayıb”.
DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı açıqlamasında məsələ ilə bağlı araşdırmanın aparıldığını bildirib. // redaktor.az