Fransa səfiri evində ölü tapıldı

Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı yaşadığı mənzildə ölü tapılıb.

 

Son Yazılar:

Viral.az xəbər verir ki, bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

“Şri-Lanka Xarici İşlər Nazirliyi Fransanın Şri Lanka və Maldiv adalarındakı səfiri Zati-aliləri Jan-Fransua Paktetin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir”, – açıqlamada deyilir.

 

Açıqlamada fransız diplomatın ölüm səbəbi qeyd olunmayıb.

 

“The Daily Mirror” qəzeti 53 yaşlı səfirin ölüm səbəbinin infarkt olduğunu bildirib.