Ukraynanın NATO-ya dəvət edilməsi və alyansa gələcək üzvlüyü sülh yolunda real addımlar ola bilər. Bu, Avropanı maraqlandırmalıdır.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Xorvatiyada Ukrayna-Cənub-Şərqi Avropa sammitində çıxışı zamanı deyib.
“Ukraynanın NATO-da yeri varmı? Əgər bu, lazımi qaydada təsdiqlənərsə, Rusiya Avropanın sərhədləri, müstəqil dövlətləri və hər birinin öz gələcəyini seçmək hüququna malik olduğunu qəbul etməlidir”, – Zelenski vurğulayıb.