İran Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-ni İrana qarşı cavab tədbirlərində İsrailə kömək edəcəyi təqdirdə müharibə ilə hədələyib.
Viral.az xəbər verir ki, bu barədə “Reuters“ mənbələrə istinadən məlumat yayıb.
Körfəz ölkələrinin ABŞ-ı xəbərdar etdikdən sonra İsrailin hava məkanlarından istifadə etməsinə icazə vermədiyi iddia olunur.
Son Yazılar:
- Ağ Ev Ukraynada sülhün əldə olunacağına nikbin baxır
- Zurabişili aksiyanın keçirildiyi Rustaveli prospektinə GƏLDİ
- Putin bizə qarşı hibrid müharibəyə başlayıb
Bu həftə keçirilən görüşlərdə İran rəsmiləri Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, əgər İsrailə hücumda kömək edərsə, Ər-Riyadın neft obyektlərinin təhlükəsizliyinə zəmanət verə bilməyəcək.
“İranlılar dedilər ki, Körfəz ölkələri öz hava məkanlarını İsrailə açsalar, bu, müharibə aktı olacaq”, – deyə səudiyyəli analitik Əli Şihabi bildirib.