SEPAH generalı Hizbullahın rəhbəri təyin EDİLDİ

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı Qüds briqadası komandirinin müavini Məhəmməd Rza Fəlahzadə Hizbullah hərəkatının müvəqqəti baş katibi təyin edilib.

Viral.az xəbər verir ki, bu barədə Küveytin “Əl-Cərida” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, Fəlahzadə bu vəzifəyə İranın ali lideri Xamenei tərəfindən şəxsən təyin edilib.

Son Yazılar:

Qeyd edək ki, İsmayıl Qaaninin Hizbullah lideri Həsən Nəsrullahın qətli ilə bağlı istintaqa çağırıldığı və Xameneinin nəzarəti altında olan şəxslər tərəfindən dindirildiyi barədə məlumat yayılmışdı. Ərəb İslam Şurasının baş katibi Seyid Məhəmməd Əli Əl-Hüseyni isə “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Qaaninin İsrail casusu olduğunu bildirib və onu Qasm Süleymani, Həsən Nəsrullah, İsmayıl Haniyə və başqalarının ölümünə görə günahkar sayıb.

Qaaninin sorğu-suallar nəticəsində infarkt keçirdiyi haqda məlumat da yayılıb.