Bakıda zavodda 20 yaşlı gənc faciəvi şəkildə öldü

Sosial şəbəkələrdə Bakıda zavodda baş vermiş bədbəxt hadisənin görüntüləri yayılıb.

Viral.az xəbər verir ki, görüntülərin 2 gün əvvəl Biləcəri qəsəbəsində lentə alındığı və oradakı zavodda çalışan 20 yaşlı oğlanın aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi bildirilib.

Əldə etdiyimiz məlumata görə, hadisə sentyabrın 20-si Binəqədi rayonunda yerləşən metallurgiya müəssisəsində baş verib. Həmin vaxt orada çalışan Coşqun Şahbazlının başına metal cisim düşüb. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.

Son Yazılar:

Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin görüntülərini təqdim edirik: