Ağır qəzada yaralıların sayı 39-a çatdı

Türkiyənin Tarsus-Adana-Qaziantep (TAG) magistralının Mersin vilayətindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 39-a yüksəlib.

 

Son Yazılar:

Viral.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

 

Nazir sosial media hesabında verdiyi açıqlamada qəzanın Diyarbakırdan İstanbul istiqamətində hərəkət edən sərnişin avtobusunun qarşıdan gələn iki avtomobil və bir qoşqulu yük maşını ilə toqquşması nəticəsində baş verdiyini bildirib.

 

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç hadisə ilə bağlı Tarsus Respublika Prokurorluğunda başladılan tədqiqata üç prokurorun təyin edildiyini bildirib.

 

Başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə rəsmiləri hadisə zamanı həyatını itirənlərin ailələrinə başsağlığı veriblər. Ölkə başçısı aidiyyəti orqanların qəza ilə bağlı dərhal lazımi araşdırmalara başladıqlarını qeyd edib.