Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk qol vurulub.
Viral.az-ın məlumatına görə, 15-ci dəqiqədə qonaqlar hesabı açıblar.
Rahil Məmmədov avtoqol müəllifi olub.
Son Yazılar:
- ABŞ dövlət borcu AÇIQLANDI
- Rusiya Tramp dönəmi üçün ABŞ-yə yeni səfir GÖNDƏRİR
- Borrel bu ölkəyə getdi və İsrailə təzyiqə çağırdı
20:00
UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda təşkil olunan Azərbaycan – Slovakiya oyunu başlayıb.
Viral.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.
Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edir.
Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.
Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.