Kürdəmir Suvarma Sistemləri İdarəsində çalışan 130 nəfər işdən çıxarılıb.
Viral.az APA TV-yə istinadla xəbər verir ki, işdən azad olunan şəxslər öz narazılıqlarını bildiriblər.
Şikayətçilərin sözlərinə görə, onlar işsiz qaldıqları üçün maddi çətinlik çəkirlər, ailələrini dolandıra bilmirlər: “İki azyaşlı övladım var. Üç gündür vicdan əzabı çəkirəm. Mən nə yedizdirim onlara?!”
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Məsələyə münasibət bildirən Kürdəmir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Rəşid Nəsirov deyib ki, bu, struktur dəyişikliyi ilə bağlıdır: “Bir neçə həftə əvvəl onlara bildiriş vərəqəsi təqdim olunub. Onlar bu bildirişləri oxuyub, tanış olub və imza atıblar. Növbəti həftədə bir neçə şəxsin işdən çıxarılması da gözlənilir”.
Ətraflı videomaterialda: