İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 obyekt, 47 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv satılıb.
Viral.az-a quruma istinadən xəbər verir ki, özəlləşdirilən obyektlər Gəncə şəhərində, İmişli və Saatlı rayonlarında yerləşir.
Son Yazılar:
- Ən ürəksiz BÜRCLƏRİN reytinqi
- Livanda BMT-nin 4 sülhməramlısı YARALANDI
- Türkiyədə terror aktı törətməyə hazırlaşan xüsusi təlim keçmiş terrorçu həbs OLUNDU
Gəncədəki “Beton və məhlul istehsal edən sahə” alıcıların marağına səbəb olub. Belə ki, ilkin qiyməti 47 500 manat olan adıçəkilən əmlaka edilən təklif 3 dəfə artaraq 148 000 manat olub. Bu obyektin ümumi faydalı sahəsi 383 kvadratmetr, torpaq sahəsi isə 3 700 kvadratmetrdir.
24,5 ton metal çiv üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, ilkin qiyməti 5 000 manat olan metal çiv 13 600 manata satılıb.
Satılan nəqliyyat vasitələri daha çox Avropa və Yaponiya istehsalıdır.
Hərracda satılan əmlakların siyahısı ilə //clck.ru/3B56Wz linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar 11 və 25 iyun tarixlərində keçiriləcək.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.