Azərbaycanda daha bir vətəndaşın bank kartından böyük məbləğdə pul oğurlanıb.
Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
“Dünən bir vətəndaşa xaricdən zəng gəlib, alış-veriş saytında satdığı əşyanı almaq üçün beh göndərilməsi təklif olunub. Vətəndaş 16 rəqəmlə yanaşı, digər şəxsi məlumatları da təqdim edib. Beləliklə, bank kartında olan 10800 manat çıxarılıb”, – DİN rəsmisi qeyd edib.
Son Yazılar:
- ABŞ Yaxın Şərqə 70-dən çox “Patriot” göndərdi
- İlham Əliyev ailə üzvləri ilə birlikdə Antalyada
- “Traktor” səfərdə xal itirdi