Naringi bir çoxlarının sevdiyi meyvə növüdür. Bəzən bir dəfəyə çoxlu sayda naringi yeyilir. Bəs, bu zaman onun qabıqlarını nə edirsiniz? Onları atmağa tələsməyin…
Viral.az “lent.az”a istinadən naringi qabıqları ilə edilən faydalı məsləhəti təqdim edir:
Son Yazılar:
- Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş ETDİ
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
Ayaqqabılar çox vaxt pis qoxu mənbəyinə çevrilir. Bu, tər, həddindən artıq rütubət və mikroorqanizmlərin çoxalmasına görədir. Məlumata görə, sitrus meyvələrinin bir az qurudulmuş qabıqları xoşagəlməz qoxuları neytrallaşdırır. Buna səbəb isə meyvədə olan efir yağlarıdır.Buna görə naringi qabıqlarını ayaqqabılarınıza qoyun. Hər ayaqqabı üçün 2-3 qabıq kifayətdir. Daha sonra bir neçə saat gözləyin. Nəticə sizi çox təəccübləndirəcək. Naringi qabığı sayəsində xoşagəlməz qoxu yox olacaq. Ayaqqabılar təzələnir və xoş bir ətir hiss olunur.