Çernobıl atom elektrik stansiyasında (AES) baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı diqqətdə saxlanılır.
Viral.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu istiqamətdə növbəti hazırlıqlara başlayıb.
Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak ilə əlaqədar əlil olmuş və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan daha 39 şəxsə avtomobillər veriləcək.
Son Yazılar:
- İlham Əliyev Donald Trampa zəng ETDİ
- 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs EDİLDİ
- Bu hədəfə doğru irəliləyirik – Ərdoğan
Agentlik bu istiqamətdə həyata keçirilən növbəti sosialyönümlü tədbirlər çərçivəsində ümumilikdə 39 minik avtomobili alır.
Qurum minik avtomobillərinin satın alınmasına 721.500 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.