Şirvanda Şəhər İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinə həsr olunmuş “Füzuli dünyasından dünyaya baxış” adlı tədbir keçirilib.
Viral.az “Report”a istinadən xəbər verir ki, öncə şəhərin M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında dahi şairin büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək, xatirəsi yad edilib.
Sonra Şirvan Dövlət Rəsm Qalereyasının təşkil etdiyi Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağın bakterial tərkibinə necə təsir etdiyini müəyyən ediblər
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Şirvan Şəhər Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan-Türkiyə ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri olan Məhəmməd Füzulinin həyat və yaradıcılığından bəhs olunub, onun əsərlərinin təkcə ölkəmizin poeziyası üçün deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatı üçün əhəmiyyəti vurğulanıb.
Tədbirdə şəhərin mədəniyyət nümayəndələrinin və məktəblilərin ifasında Məhəmməd Füzuli yaradıcılığından nümunələr səsləndirilib, “Meyvələrin söhbəti” kompozisiyası təqdim edilib, şairin qəzəlləri əsasında muğam parçaları ifa edilib.