“Pitminutka” partladı, 42 yaşlı qadın xəsarət ALDI

Sabirabad rayonunda evdə qaz sızması nəticəsində partlayış baş verib, 42 yaşlı qadın xəsarət alıb.

Viral.az report.az-a istinadla xəbər verir ki, hadisə Məmişlər kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Nüşabə Nizami qızı Zeynalova hamamda olarkən cihazdan (pitminutka) qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Son Yazılar:

Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.