Türkiyədə meşə yanır, helikopter və təyyarələr cəlb OLUNDU

Türkiyənin İzmir vilayətində meşə yanır.

Viral.az “Hürriyət”ə istinadla xəbər verir ki, hadisə Dikili rayonunda qeydə alınıb.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Hadisə yerinə 4 təyyarə, 1 helikopter, 14 su tankeri, 4 su təchizatı avadanlığı, 1 dozer və 1 briqada göndərilib.

Son Yazılar:

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi hələ ki məlum deyil.