Deputatdan bələdiyyə borclarıyla bağlı TƏKLİF

Bələdiyyələrin külli miqdarda borcu dondurulmalı və ya silinməlidir.

Viral.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Musayev oktyabrın 18-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.

“Əgər həmin borclar silinməsə, yaxud dondurulmasa, bəzi bələdiyyələrin fəaliyyəti mümkünsüz olacaq. Eyni zamanda bələdiyyələrin maliyyələşdirilməsi məsələsini də həll etmək lazımdır”, – o bildirib.

Son Yazılar: