Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı danışıqlar davam ETDİRİLƏCƏK

Oktyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda “3+3” regional məşvərət platforması çərçivəsində görüş keçirilib.

Viral.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.

Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.

Son Yazılar: