“Dünən mənim doğum günü idi. O, mənim doğum günündə mənə ömürlük hədiyyə qoydu. Doğum günümə əbədi hədiyyə qoyub getdi”.
Viral.az xəbər verir ki, bu sözləri Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova deyib.
Onun sözlərinə görə, oktyabrın 18-i xəstəliyinin 4 ili idi, gedişi ilə doğum günümə əbədi hədiyyə qoydu:
Son Yazılar:
- Bu əlamətlər varsa, orqanizm XƏSTƏDİR
- Niderland Netanyahunu həbs edəcək?
- “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür
“İnsanıq. Bütün hadisələr insanın başına gəlir. Heç kəs heç nə dən sığortalanmayıb , bilinmir 5 dəqiqədən sonra nə olacaq, sabah nə baş verəcək. Getdi, daha bir də qayıtmaz. Dünən mənim doğum günü idi”.
S.Əhmədova bildirib ki, Tağı Əhmədov uşaq ürəyinə sahib biri olub:
“Çox gözəl insan idi. Onu kobud qaba adlandırırlar, amma onun ürəyi uşaq ürəyi kimi idi. Nə bilim. İncisə də tez barışardı. Ailədə mehriban idi.
Özü o cür xəstə idi, ancaq mənimlə maraqlanırdı. Səhhətimdə yaranan problemi soruşurdu”.
Qeyd edək ki, Tağı Əhmədov oktyabrın 18-i axşam saatlarında 75 yaşında vəfat edib (oxu.az).