Dollarla bağlı VACİB XƏBƏR – Noyabrın 3-dən sonra…

Noyabrın 3-də ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələri və fiskal təşviq paketi ilə bağlı danışıqların nəticəsi gözlənildiyi halda, ABŞ dolları beynəlxalq bazarlarda dəyər itirir.

Viral.az Yenisabah.az-a istinadən xəbər verir ki, bazar ekspertləri ABŞ-da baş verən hadisələrlə yanaşı, Avropada koronavirus epidemiyasının davam etməsi və s.halların sayının artması ilə bağlı narahatlıqlar investisiya mövqeyi tutmağın qəlizləşdiyini qeyd edirlər.

ABŞ dollarının altı əsas valyuta qarşısında dəyərini ölçən indeks keçən həftə son bir ayın ən aşağı səviyyəsinə düşüb. Avro/dollar pariteti də bir ayın ən yüksək səviyyəsinə çatıb. Ekspertlər bildirir ki, dolların zəifləməsi uzunmüddətli perspektivdə davam edəcək. Koronavirus epidemiyası səbəbindən iqtisadiyyatın stimullaşdırılmasına yönəlmiş maliyyə təşviqinin tənzimlənməsi ilə bağlı danışıqlar dayandırılıb və bazar indi diqqətini seçkilərə yönəltməyə başlayıb. vakansiyalar

Son Yazılar:

Koronavirus epidemiyasının iqtisadiyyata təsirlərini yüngülləşdirmək üçün ABŞ-da qüvvəyə minməsi gözlənilən təşviq paketi ilə bağlı danışıqlarda irəliləyiş yoxdur. Nəhayət, Senatda çoxluğu təşkil edən respublikaçıların lideri, Kentukki senatoru Mitch McConnell bildirib ki, respublikaçı senatorlarla görüşündə Ağ Evə seçki öncəsi təşviq paketində güzəştə getməməyi tövsiyə edib.

Bu məsləhətin mətbuata sızması dollara təzyiqi artıran amillər sırasındadır. Ekspertlər və analitiklər bu hadisələrdən sonra valyuta bazarının “gözlə və gör” mövqeyinə keçdiyini bildirirlər.

İqtisadçılar noyabrın 3-də keçiriləcək seçkiləri “bazarların onilliklər ərzində üzləşdiyi ən böyük siyasi risk” kimi qiymətləndirib. Strateqlərin və ekspertlərin seçkidən sonrakı dövrlə bağlı gözləntiləri eyni olsa da, onları ən çox narahat edən məsələnin seçkidən sonrakı qeyri-müəyyənlik mühiti olduğunu vurğulayıblar. 

ABŞ valyuta bazarında aparıcı məlumat təhlili şirkətlərindən biri olan OANDA-nın dərc etdiyi təhlildə, seçkilərin nəticələrinin tarixən müəyyən edilməsinin dollara yüksələn təsir göstərdiyi qeyd edilib.