Avropada islamofobiya və irqçilik artır. Bu məsələ isə xaricdə yaşayan soydaşlarımızı narahat edir.
Viral.az xəbər verir ki bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Almaniyanın da dövlət təhlükəsizliyinə ciddi təhdidlər yaradan PKK və FETÖ başda olmaqla bütün terror təşkilatları ilə birgə mübarizə istiqamətində razılığa gəldiklərini qeyd edən Ərdoğan bu sahədə atılacaq konkret addımlara dair gözləntilərini kansler ilə bir daha bölüşdüyünü deyib.