İran Prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRICS sammitində iştirakı çərçivəsində rusiyalı həmkarı Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikitərəfli danışıqlar aparmağı planlaşdırır.
Viral.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi iqtidara istinadən bildirib.
“BRICS sammitində çıxışından əlavə, Pezeşkian digər ölkələrin rəhbərləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır”, – məlumatda deyilir.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağın bakterial tərkibinə necə təsir etdiyini müəyyən ediblər
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Qeyd edək ki, BRICS sammiti 22-24 oktyabr tarixlərində keçiriləcək.