ABŞ İsraildən Livandakı hücumların intensivliyini azaltmasını və mülki şəxslərin sərhəd bölgələrinə qaytarılması ilə bağlı danışıqlara keçməsini gözləyir.
Viral.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin G7 ölkələrinin müdafiə nazirlərinin Neapolda keçirilən ilk iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Ostinin sözlərinə görə, Hizbullah hərəkatı insanların yaşadığı yerlərdə komandanlıq məntəqələri və silahlar yerləşdirməyə çalışır:
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağa necə təsir etdiyini AÇIQLADI
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
“Amma eyni zamanda, mən Qəzzaya münasibətdə bunu dedim və deyirəm, mülki vətəndaşların sayı həddən artıq çoxdur. Biz istərdik ki, İsrail xüsusilə Beyrut və onun ətrafında bəzi zərbələrinin intensivliyini azaltsın. Biz istərdik ki, sərhədin hər iki tərəfindəki mülki şəxslərin evlərinə qayıtmasına imkan verən hansısa formada danışıqlara keçsin. Mən İsrailin müdafiə naziri Yoav Qallantla təmaslarımda bunu təkid etməyə davam edəcəyəm”.