970-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 970-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Viral.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 646 təyyarəsi, 283 helikopteri, 33 966 PUA-sı, 582 zenit-raket kompleksi, 18 740 tank və digər zirehli texnikası, 1 478 reaktiv yaylım atəş sistemi, 16 418 artilleriya və minaatanı, 27 430 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Son Yazılar: