Helikopter radio qülləsinə çırpıldı

Texas ştatının Hyuston şəhərində helikopter radio qülləsinə çırpılıb. 

Viral.az xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə idarəsinin “X” sosial media səhifəsində məlumat verilib.

Məlumata görə, helikopter yerli vaxtla saat 19:54-də (Bakı vaxtı ilə 4:54) Engelke küçəsi və Ennis küçəsi ərazisindəki qülləyə çırpılıb. Ərazidə operativ və təcili xidmətlər fəaliyyət göstərir.

Son Yazılar:

Qüllə bir neçə sənaye obyektinə bitişik qazonla əhatə olunub. Dövlət və şəhər rəsmiləri yanğının yaxınlıqdakı binalara keçməsi təhlükəsinin olmadığını bildiriblər. Hadisə şahidlərinin sözlərinə görə, qüllənin yerləşdiyi yerdə “metal yığını” yanır.

Ölənlər hələlik məlum deyil.

Sevinc İBRAHİMZADƏ