Albaniyanın keçmiş prezidenti İlir Meta Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğun (SPAK) qərarı ilə saxlanılıb.
Viral.az xəbər verir ki, bu barədə “Koha” nəşri məlumat yayıb.
“SPAK İ.Metanın əmlakı ilə bağlı araşdırma aparıb. O, əmlakı gizlətməkdə, korrupsiyada və “çirkli pullar”ın yuyulmasında şübhəli bilinir. Sabiq prezidentin bu səbəbdən saxlanıldığı ehtimal olunur”, – deyə məlumatda qeyd edilib.
Son Yazılar:
- MİQ-ə sənəd verənlərin yaş aralığı – SİYAHI
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
İ.Meta iyunun ortalarında ailəsinin əmlakı ilə bağlı xüsusi prokurorluğun müstəntiqlərinə ifadə verərək heç vaxt maliyyə məsələləri ilə məşğul olmadığını bildirib.
O, 2017-2022-ci illərdə Albaniya prezidenti olub.