Əriyin çəyirdəyi də ən azı özü qədər yararlıdır.
Viral.az xəbər verir ki, bu meyvənin çəyirdəyindən əldə edilən ləpə orqanizmdə baş verən bir çox problemi həll edə bilər.
Ərik çəyirdəyinin 5 mühüm faydasını təqdim edirik:
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağın bakterial tərkibinə necə təsir etdiyini müəyyən ediblər
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
1. Təbii antioksidantdır
Ərik çəyirdəklərində güclü antioksidantlar var. Antioksidantlar bədəndəki sərbəst radikallarla mübarizə aparır, hüceyrə zədələnməsinin qarşısını alır və ümumi sağlamlığı dəstəkləyir.
Bu toxumların müntəzəm istifadəsi antioksidant qəbulunu artıra və bədəninizi xarici amillərdən qoruya bilər.
2. Dərini gözəlləşdirir
Ərik tumu dəriyə qulluqda da təsirlidir. Tərkibindəki yağlar dərinin nəm tarazlığını qoruyur, yaşlanma əleyhinə təsirləri ilə də tanınır. Həmçinin dəri ləkələrini azaldır.
3. Saçları qidalandırır
Saç sağlamlığı üçün lazım olan vitamin və minerallar ərik çəyirdəklərində boldur. Bu qidalar saç tökülməsini azaldır, saçları gücləndirir və baş dərisini qidalandıraraq kəpəyin qarşısını alır.
4. Yüksək lif tərkibi ilə seçilir
Ərik ləpəsi liflə zəngindir. Lif həzm sistemi üçün çox vacibdir, çünki bağırsaq hərəkətlərini tənzimləyir və qəbizlik kimi problemlərin qarşısını alır. Gündəlik lif qəbulunuzu artırmaq üçün qida rasionunuza ərik ləpəsi əlavə edə bilərsiniz.
5. Xərçəngdən qoruyur
Araşdırmalar göstərir ki, ərik ləpəsi tərkibindəki komponentlər sayəsində xərçəngə qarşı qoruyucu təsir göstərə bilər. Xüsusilə kolon xərçəngi riskini azaltmaqda təsiri olduğu ifadə edilir.