Bu ərazilərə qar yağır – FAKTİKİ HAVA

Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Saat 22:00-a olan məlumata əsasən, bəzi yerlərdə leysan xarakterli yağış, dağlıq ərazilərə isə qar yağır. Yağıntının miqdarı Astarada 36 mm, Lənkəranda 18 mm, Yardımlıda 14 mm, Lerikdə 9 mm-dir.

Son Yazılar:

Qar örtüyünün hündürlüyü Lerikdə 6 sm təşkil edir.

Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.