Ermənistan öz strateji siyasəti ilə bəyan edir ki, bizim Azərbaycana və ümumilikdə region dövlətlərinə qarşı heç bir təcavüzkar niyyətimiz yoxdur.
Viral.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz bütün qonşularımızın ərazi bütövlüyünü tanıyırıq və bununla bağlı de-yure öhdəliklər götürməyə hazırıq.
Son Yazılar:
- IV tura İstanbulda start verilib
- Putin Tokayevi 2025-ci ildə Rusiyaya səfərə dəvət ETDİ
- Tiktoker “Roşka” həbs edildi
Üstəlik, Ermənistan bəyan etdi ki, biz işğal olunmuş əraziləri (Ermənistan şərti sərhəddə bir neçə kv.km ərazisinin guya işğal olunduğunu iddia edir – red.) hərbi yolla geri qaytarmaq vəzifəsini qarşımıza qoymuruq, çünki Azərbaycanla imzaladığımız demarkasiya prosesi haqda sənəd demarkasiya prosesinin hüquqi və qanuni əsaslarla keçirilməsi üçün hər cür imkan yaradır”, – Paşinyan bildirib.