Bu gün təkmilləşdirilmiş “e-su” portalının təqdimatı keçirilib.
Viral.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə 2024-cü il Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə “Su təchizatı şəbəkəsinə qoşulma” ilə bağlı qaydalar və onlara edilmiş dəyişikliklər, yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün məlumat kitabçasının, videoçarxın və qurumun yeni internet səhifəsinin və təkmilləşdirilmiş “e-su” portalının təqdimatı olub.
Tədbirdə çıxış edən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı “Su şəbəkəsinə qoşulma”nın yeni qaydalarının qüvvəyə minmə səbəblərindən danışıb. O, qaydaların tətbiqi nəticəsində abonent məmnuniyyətinin yüksələcəyinə əminliyini vurğulayıb.
Son Yazılar:
- Bu hədəfə doğru irəliləyirik – Ərdoğan
- Ağstafada avtomobil 65 yaşlı piyadanı vuraraq ÖLDÜRDÜ
- Təyyarə Bakı aeroportuna məcburi eniş ETDİ
Regional Su Melorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini Elşən Həsənzadə su təchizatına qoşulmanın yeni qaydaları barədə təqdimat və maarifləndirmə tədbirlərinin bölgələrdə də keçirilməsinin vacibliyindən danışıb və bu istiqamətdə görülən işlərdən söz açıb.
ADSEA-nın şöbə müdiri Yusif Əhədi Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı qaydalar və onlara edilmiş dəyişikliklər barədə təqdimat nümayiş etdirib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, Biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün “Məlumat kitabçaları”ı, videoçarxın və qurumun yeni internet səhifəsinin təqdim edib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin şöbə müdirinin müavini Rüfət Atakişiyev yeni hazırlanmış “e-su” portalını nümayiş etdirib.
Təqdimatlardan sonra su şəbəkəsinə qoşulma proseslərinin icrası zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması mövzusunda müzakirələr aparılıb, jurnalistlərin və QHT nümayəndələrinin sualları cavablandırılıb.