BRICS saysız-hesabsız çağırışları nəzərə alaraq yeni, ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər.
Viral.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniştərkibli iclası zamanı deyib.
Onun sözlərinə görə, BRICS platforması dünyanın təhlükəsizlik təhdidləri və iqlim dəyişikliyi kimi görünməmiş çoxsaylı çağırışlarla üzləşdiyi müasir geosiyasi şəraitdə xüsusi əhəmiyyət kəsb edir.
Son Yazılar:
- “Taliban” bu məsələdə Rusiyadan kömək İSTƏDİ
- Paşinyan KTMT sammitində iştirak edəcək?
- Ukrayna son üç gündə Kursk vilayətinə ATACMS-la iki zərbə endirib
Türkiyə Prezidenti vurğulayıb ki, İkinci Dünya müharibəsindən sonra formalaşan müasir sistem əhəmiyyətli dəyişikliklər tələb edir: “Mövcud problemlərin birgə həlli yollarını axtarmaq lazımdır. BRICS yeni, ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər”.