Bakıda yeniyetmənin təqib edilməsi araşdırılır – FOTO

Bakıda naməlum şəxs tərəfindən azyaşlının təqib edilməsilə bağlı yayılan görüntülər araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı Viral.az-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs – 14 yaşlı yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla əməldə hər hansı kriminal tərkib müəyyən olunmayıb.

Məktəbli yeniyetmələr arasında narazılığa səbəb olan halların aradan qaldırılması üzrə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

13:43

Son Yazılar:

***

Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.

Hadisə ötən gün Ramana ərazisində baş verib.

Viral.az xəbər verir ki, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya göstərib.

Oğlan bu sayədə qaça bilib. Oğru isə qorxub ərazini tərk edib.

Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.

Uşağın atası Seyidov Kamil Milli.Az-a bildirib ki, onun 14 yaşı var, o, özü qaçaraq məlumat verib. Hazırda polis idarəsindədirlər, araşdırma aparılır (milli.az).