Qarabağ Universitetinin tələbələri Proqramlaşdırma üzrə Beynəlxalq Tələbə Müsabiqəsinin (ICPC) Azərbaycan regional mərhələsində uğurla çıxış edərək 1/4 final mərhələsinə vəsiqə qazanıblar.
Viral.az xəbər verir ki, oktyabrın 27-si Bakı Mühəndislik Universitetində keçiriləcək 1/4 final mərhələsində Qarabağ Universitetini 3 komanda təmsil edəcək.
Qeyd edək ki, 13 oktyabr tarixində onlayn formada keçirilən müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 174 komanda iştirak edib. Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni “C”, “C++”, “Java” və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatlaşdırılmış qaydada aparılıb.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağın bakterial tərkibinə necə təsir etdiyini müəyyən ediblər
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır