Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsinin xüsusi qəddarlığı ilə tanınan hakimi Əbülqasım Sələvatinin Güney azərbaycanlı milli fəallara ümumilikdə 88 il həbs cəzası verməsindən sonra fəallara dəstək kampaniyasına start verilib.
Viral.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Sosial şəbəkələrdə edilən paylaşımlarda onların dərhal azadlığa buraxılması və hüquqlarının tanınması üçün birləşməyə çağırış edilib.
Son Yazılar:
- Eltisinin ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət
- 300 milyard dolların təsdiqləndiyi an
- Qəfil ölüm: Hansı qan qrupundan yan keçir?
Paylaşımlarda kampaniyaya çağırış edilərək yazılıb: “Təbriz vaxtı ilə saat 09:00-da başlayacaq 24 saatlıq “Trend Topik” kampaniyasına qoşulun. Onların və Güney Azərbaycanın səsi olun. Gəlin səsimizi eşitdirək”.