Polis olmaq istəyənlərin diqqətinə! – DİN işçi AXTARIR

Post-Patrul Xidmətində kiçik rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə başlayıb.

Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyindən bildirlib.

Müsabiqədə ali və ya orta təhsilli, yaşı 20-dən 26-dək, boyu 180 santimetr və daha hündür, hərbi xidmət keçən, əvvəllər özü və yaxın qohumları məhkum olunmayan polis orqanlarında xidmətə uyğun kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

Son Yazılar:

İştirakçıların sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlığı yoxlanılacaq.
 

Ali təhsilli, kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik və xarici dillərdən azı birini sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.
 

İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
 

Əlavə məlumat almaq üçün əlaqə telefonları:
 

(012) 590-94-12;

(012) 590-93-45;

(012) 590-92-37;

(012) 590-97-52.