Bu il ölkəmizdə 3 nəfər övladına “X”, 1 nəfər isə “D” adı qoymaq üçün müraciət edib.
Viral.az xəbər verir ki, Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova “Xəzər Xəbər”ə açıqlamasında deyib ki, övladına “X” və “D” adı qoymaq üçün müraciət edən valideynləri fikrindən daşındırmağa çalışsalar da, onlar öz qərarlarında israrlı olublar.
Sayalı Sadıqovanın sözlərinə görə, ad dil normalarına uyğun olmadığı təqdirdə, onun qoyulması qadağan edilir.
Son Yazılar:
- Sədr müavini vəzifəsindən azad EDİLDİ
- Ermənistan ordusunun komandanlığında yeni TƏYİNATLAR
- Azərbaycanda vəzifəli şəxsə AĞIR İTKİ
Qurum rəsmisi deyib ki, hətta həmin adlarla bağlı məhkəmə qaydasında imtina verilsə də, Avropa Şurasına müraciət ünvanlayanlar olub.
Bu yaxınlarda ən problemli məsələlərdən biri də Əli adının “Nindza” ilə dəyişdirilməsi müraciəti ilə bağlı olub. Valideynə imtina cavabı verilib, amma o israr edərək məhkəməyə müraciət edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: