Oktyabrın 26-sı saat 20:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Hazırda Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağış yağır, şimal-qərb küləyi əsir, küləyin sürəti 18 m/s-dir.
Son Yazılar:
- Kəmaləddin Heydərov rəisi işdən çıxardı
- İbrahim Tatlısesin əkiz nəvələri bu xəstəlikdən əziyyət çəkir
- Xalq artisti xəstəxanaya yerləşdirildi – FOTO
Havanın temperaturu 13 dərəcəyədək istidir.
Yağıntılı hava şəraiti bölgələrdə də davam edir. Hazırda Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Yevlax, Göyçay, Kürdəmir, İmişli, Tərtər, Bərdə, Naftalan, Ağdam, Zərdabda fasilələrlə leysan xarakterli yağış, Xınalıq, Qrız, Şahdağda isə qar yağır.
Havanın temperaturu Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında oktyabrın 27-si gündüzədək, bölgələrdə isə günün ikinci yarısınadək davam edəcək.