Serbiya heç vaxt NATO üzvü olmayacaq

Serbiya NATO üzvü olmayacaq.

Viral.az xəbər verir ki, bunu Serbiya hökumətində beynəlxalq iqtisadi əməkdaşlığa məsul nazir Nenad Popoviç deyib.

“25 il əvvəl Serbiya sakinləri NATO-nun bombardmanının qurbanı oldu və Belqrad tamamilə dağıdıldı. Bundan sonra da sizi əmin edirəm ki, Serbiya heç vaxt NATO-nun üzvü olmayacaq”, – Popoviç bildirib.

Son Yazılar:

Onun sözlərinə görə, avrointeqrasiyaya baxmayaraq, Serbiya BRİKS ölkələri ilə ikitərəfli mmünasibətlərin inkişafını dayandırmaq niyyətində deyil.