Polşanın Belarus və Rusiya ilə sərhədində tikilməkdə olan müdafiə istehkamları sistemi – “Şərq qalxanı”nı Dəmir Pərdənin müasir versiyasıdır.
Viral.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
“Qərbdəki bəzi siyasətçilər istehkam sisteminin tikintisinin başlamasına dəhşətlə baxırlar. Onların görmək istədikləri son şey Dəmir Pərdənin bərpasıdır”, – deyə o bildirib.
Son Yazılar:
- 300 milyard dolların təsdiqləndiyi an
- Qəfil ölüm: Hansı qan qrupundan yan keçir?
- Bakıda yağış, bu ərazilərdə qar yağacaq
O, əlavə edib ki, Polşa vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Dəmir Pərdəni yenidən qurmaq lazımdırsa, o zaman bu, həyata keçiriləcək.
Qeyd edək ki, “Şərq qalxanı” (Tarcza Wschod) adlanan layihə Rusiya və Belarusla sərhəddə istehkamlar, maneələr, bunkerlər və müşahidə sistemləri şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Onun ümumi dəyəri 10 milyard zloti (2,5 milyard dollardan çox) qiymətləndirilir və tikinti işlərinin başa çatdırılması 2028-ci ilə planlaşdırılır.