Səhər saatlarından yağan leysan xarakterli yağışdan sonra Bakının yollarında yenə çətinlik yaranıb.
Viral.az xəbər verir ki, Sabunçu Dəmir Yolu Vağzalı ətrafındakı ərazi suyun altında qalıb. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb. Eyni zamanda 2 nəfərin boğularaq öldüyü tuneli də su basıb və ora giriş-çıxış bağlanıb.
Bundan başqa, Nərimanov rayonu ərazisindəki tuneldə də su toplanıb.
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Hətta mərkəzi yollarda belə yağış suları maşınların və piyadaların hərəkətinə mane olub.
Xatırladaq ki, ötən həftə yağışın normadan dəfələrlə artıq yağması nəticəsində də paytaxtın bir neçə ərazisini su basmışdı. Aidiyyəti strukturların rəhbərləri ərazilərə baxış keçirərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlarını vermişdilər.