Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında növbəti hava zərbələri nəticəsində 23 PKK terrorçusunun məhv edildiyini açıqlayıb.
Viral.az xəbər verir ki, hava əməliyyatı zamanı yerli istehsal olan sursatlardan istifadə edilib.
Ötən gün Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında türk hərbçilərinin yerləşdiyi üç ərazidə 15 terrorçunun zərərsizləşdirildiyini bildirib. PKK terrorçularının Suriya qanadının daha 17 silahlısı oktyabrın 26-da Türkiyə ordusu tərəfindən məhv edilib.
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Oktyabrın 23-də Ankarada TUSAŞ müdafiə zavodunda 5 nəfərin ölümü, 22 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra Türkiyə ordusu bölgədə terrorçulara qarşı zərbələri gücləndirib.
Türkiyə hökumətinin bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında terrorizmlə mübarizə əsas müzakirə mövzularından biri olacaq.