Lənkəran şəhərində yerləşən Dairəvi qala bərpa ediləcək.
Viral.az bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadla xəbər verir.
Məlumata görə, hazırda bərpa prosesi ilə bağlı layihə-smeta sənədləri hazırlanır.
Son Yazılar:
- Türkiyə klubu baş məşqçisi ilə yollarını AYIRDI
- Ermənistan, ABŞ və Fransa Hindistanın əsas silah idxalçısına ÇEVRİLİB
- Bascısını boğaraq öldürən şəxsə hökm OXUNDU
Xatırladaq ki, Zindan qalası kimi tanınan Dairəvi qala — XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. Qalanın oxşarı olan ikinci tikili Lənkəran mayakıdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqəsi rolunu oynayıblar.